Məşhur futbolçu jurnalisti şillələdi


İdman 12 Noy 2018 12:38:00 235 0

Məşhur futbolçu jurnalisti şillələdi

Bundesliqanın 11 turunda keçirilən Bayern Munchen - Borussia matçından (2:3) sonra qalmaqal yaşanıb.

Goal.az xəbər verir ki, Münhen klubunun yarımmüdafiəçisi Frank Riberi jurnalisti vurub. Jurnalist Patrik Qiyu komandanın buraxdığı qollarda Riberini günahlandırıb. Aralarında yaranan mübahisə zamanı futbolçu mətbuat nümayəndəsinə 3 şillə vurub. Həmçinin sinəsinə zərbə endirib.

Klubun idman direktoru Xasan Salixamidiç anlaşılmazlıq baş verdiyini, məsələnin artıq həll edildiyini bildirib.