Prezidentliyə namizəd: "Məni və övladlarımı ölümlə hədələyirlər"


Dünya 12 Noy 2018 12:39:00 249 0

Prezidentliyə namizəd: "Məni və övladlarımı ölümlə hədələyirlər"

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili özünün və övladlarının hədə-qorxu mesajları aldığını bildirib.

Son.az report-a istinadən xəbər verir ki, bunu prezidentliyə namizəd keçirdiyi brifinqdə bildirib.

S.Zurabişvili son günlər ona və övladları Teymuraz və Ketevana ölüm hədələri olan qısa ismarıc və səsli mesajlar göndərildiyini deyib: "Mesajlarda "Biz başlarınızı güllələyərik, qanınızı içərik" kimi senzuradan kənar sözlərdən istifadə olunmaqla həyatımıza təhlükənin olduğu aydın şəkildə bildirilib. Təhlükə realdır, çünki mesajların müəllifləri müəyyən olunub. Onlar Vahid Milli Hərəkat Partiyası ilə əlaqəli olan keçmiş hərbçilərdir".