Futbolçulara hücum təşkil edən prezident həbs olundu


İdman 12 Noy 2018 12:17:00 232 0

Futbolçulara hücum təşkil edən prezident həbs olundu

Portuqaliya Sporting-inin sabiq prezidenti Bruno Karvalyo həbs olunub. 

Goal.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı klub rəhbəri bu ilin mayında azarkeşlərin komandanın bazasına etdikləri hücumun təşkilində şübhəli bilinir. Karvalyu ilə yanaşı, daha 38 nəfər saxlanılıb. 

Bu ilin əvvəllərində Sporting-də klub prezidenti ilə futbolçular arasında qalmaqal baş verib. Bundan sonra təxminən 50 azarkeşin komandanın məşq bazasına hücumu olub. Fanatlarla davada bəzi futbolçular xəsarət alıblar. Bu hadisədən sonra 9 oyunçu klubla müqaviləsini birtərəfli qaydada pozub. 

Qeyd edək ki, Sporting sentyabrın 20-də Qarabağ-la Lissabonda keçirdiyi görüşdə 2:0 hesabı ilə qalib gəlib. Bu komandalar Bakıda noyabrın 29-da üz-üzə gələcəklər.