Azərbaycanda 2020-ci ilədək 5 minədək sağlamlıq imkanları məhdud uşaq məktəbdə təhsil alacaq


Digərləri 12 Noy 2018 12:12:00 233 0

Azərbaycanda 2020-ci ilədək 5 minədək sağlamlıq imkanları məhdud uşaq məktəbdə təhsil alacaq

Azərbaycanda 2020-ci ilədək 5 minədək sağlamlıq imkanları məhdud uşaq məktəbdə təhsil alacaq.

Bakı. İlhamə İsabalayeva - “Sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda 2020-ci ilədək 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşağın ümumtəhsil məktəblərində təhsil almasına imkan yaradılacaq. Trend-in məlumatına görə, bunu YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin adıçəkilən layihənin təqdimat mərasimində çıxış edərkən bildirib. O əlavə edib ki, növbəti 5 il ərzində bu rəqəm 20 minə çatacaq.