Bakı sakinini binanın girişində güllələdilər


Digərləri 12 Noy 2018 11:43:36 217 0

Bakı sakinini binanın girişində güllələdilər

Bakıda silahlı insident olub.

Son.az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, M.Qardaşları küçəsi 119 ünvanından yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada baş verib. Orada yaşayan Elnur Əliyev binanın girişindəki pilləkən qəfəsində odlu silahdan atəş açaraq Namiq Nəcəfovu güllələyib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə törədən E.Əliyev şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilib.