Netanyahu Fransa səfərini yarımçıq saxladı


Dünya 12 Noy 2018 11:08:00 231 0

Netanyahu Fransa səfərini yarımçıq saxladı

İsrailin Baş naziri Benyamin Netanyahu Fransaya səfərini yekunlaşdırmağa və geri qayıtmağa məcbur olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, o, Qəzza sektorunda vəziyyətin gərginləşməsi ilə əlaqədar səfərini yarımçıq saxlamaq qərarına gəlib.

Qeyd edək ki, israilli nazir Parisdə Birinci Dünya müharibəsinin yekunlaşmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün Fransaya səfər etmişdi.