“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 12 Noy 2018 10:52:57 244 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.13$-a ticarət edilməkdədir və 1.14$-ın altında qaldıqca, 1.12$-a kimi da ucuzlaşa biləcəyi proqnozları aktual olaraq qalır. Amerika Mərkəzi Bankının (FED) faiz artımı siyasəti və Avrozonada mövcud olan iqtisadi və siyasi risklər, avronun qiymətinə təzyiq edən əsas amillərdir. Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 14:00, çərşənbə günü saat 14:00 və cümə günü saat 14:00-da müvafiq olaraq açıqlanacaq Avrozonanın gələcək iqtisadi gözləntilərinə, ABŞ və Avrozonada inflyasiyaya dair önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır. GBP GBP/USD məzənnəsi 1.29$-a ticarət edilməkdədir. Burada da qiymətin 1.28$-a kimi ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır. İngiltərə höküməti daxilində Breksit mövzusu fonunda parçalanma, ölkədə iqtisadi qeyri-müəyyənliyin artmasına və beləliklə, ölkə valyutasına da mənfi təsir edir. Funtun gələcək qiymətinə çərşənbə günü saat 13:30-da yayımlanacaq inflyasiya ilə bağlı önəmli statistik göstəricilərin də təsir edəcəyi gözlənilir.