İtaliyanın Turin Politexnik Universiteti Bakı Ali Neft Məktəbində (FOTO)


Digərləri 12 Noy 2018 10:58:03 261 0

İtaliyanın Turin Politexnik Universiteti Bakı Ali Neft Məktəbində (FOTO)

Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın Turin Politexnik Universitetinin nümayəndələri ilə görüş olub.

Bakı. Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın Turin Politexnik Universitetinin nümayəndələri ilə görüş olub. Trend-in məlumatına görə, görüşdə BANM-ın rektoru Elmar Qasımov, Turin Politexnik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Francesca Verga, Rusiya Federasiyası ilə əlaqələr üzrə rektorun məsləhətçisi, prof.Stefano Lo Russo, Avropa Birliyinin maliyələşdirdiyi layihələr üzrə menecer Francesca Chicco, BANM-ın Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov və digər məsul əməkdaşlar iştirak ediblər. Görüşün məqsədi BANM və Turin Politexnik Universiteti arasında daha öncə imzalanmış əməkdaşlıq müqaviləsinin detallarını müzakirə etmək, yeni əməkdaşlıq istiqamətlərini təyin etmək olub. Görüş zamanı rektor Elmar Qasımov Ali Məktəbin statistik göstəriciləri, məzunları, tədris proqramları və təcrübə imkanları haqqında nümayəndələrə ətraflı məlumat verib. Daha sonra rektor Turin Politexnik Universitetilə ikili diplom proqramları istiqamətində əməkdaşlıq və Erasmus+ proqramı vasitəsilə tələbə mübadiləsi imkanlarından danışıb.