"Elçin bəy, məni nə yerinə qoydunuz?" Flora Kərimova


Şou-biznes 12 Noy 2018 10:32:00 235 0

"Elçin bəy, məni nə yerinə qoydunuz?"  Flora Kərimova

Xalq artisti Flora Kərimova xalq yazıçısı Elçin Əfəndiyevlə aralarında yaranan narazıçılığa münasibət bildirib

.

Son.az axşam.az-a istinadən bildirir ki, mərhum aktrisa Amaliya Pənahovanın vida mərasimində müğənni dramaturqun ona arxa çevirdiyini deyərək, etirazını bildirib. E.Əfəndiyev isə Kərimovanın onu yanlış başa düşdüyünü söyləyib. Amma bu cavab Floranı qane etməyib. İfaçı İnstaqram səhifəsində məsələ ilə bağlı bunları yazıb:

"Münasibətə adekvat cavab verən adamam... Demirəm ki, xalq artistiyəm, mənə arxa çevirmək olmaz!? Xalqın artistiyəm. Mənə arxa çevirmək adıma, daşıdığım rütbəyə və o adın arxasında duran, qiymət verən millətimə hörmətsizlikdir. İndiyə qədər heç vaxt ünvanıma olan hörmətsizliyi udmamışam və udmaram da. Bundan sonra mənə karyera lazım deyil.