Türkiyədə terror aktı: 2 əsgər həlak olub


Dünya 12 Noy 2018 08:52:00 227 0

Türkiyədə terror aktı: 2 əsgər həlak olub

Türkiyənin Şırnak vilayətində terror aktı törədilib. Son.az Trend-ə istinadən bildirir ki, PKK terror təşkilatı tərəfdarlarının əvvəlcədən yola basdırdıqları əldədüzəltmə bombanın partladılması nəticəsində iki əsgər həlak olub, 5 nəfər isə yaralanıb. Əraziyə əlavə əsgər qüvvəsi göndərilib.

Türkiyə Silahlı Qüvvələrinin qırıcıları isə İraqın şimalında yerləşən terror düşərgəsini bombalayıb. Hava zərbələri ilə 4 terrorçunun məhv edildiyi bildirilir.