Velosipedçini maşın vurub


Digərləri 12 Noy 2018 08:33:00 257 0

Velosipedçini maşın vurub

Mingəçevirdə yeniyetmənin idarə etdiyi velosiped mikroavtobusa çırpılıb.

Son.az "report"-a istinadən bildirir ki, hadisə Energetiklər yaşayış massivi ərazisində baş verib.

Belə ki, mikroavtobus velosipedlə hərəkətdə olan 2003-cü il təvəllüdlü şəhər sakini Behbudov Ömər Amir oğlunu vuraraq xəsarət yetirib.

Yaralı xəstəxanaya qaldırılıb.Yaralıya travmatoloji yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Faktla bağlı araşdırma aparılır.