İkiüzlü Ermənistana siyasi şapalaq "Qulpsuz çemodan"dan uzaqlaşmağın vaxtı çatdı


Siyasət 12 Noy 2018 07:14:00 300 0

İkiüzlü Ermənistana siyasi şapalaq  "Qulpsuz çemodan"dan uzaqlaşmağın vaxtı çatdı

Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) noyabrın 8-də Astanada keçirilən son sammitində Ermənistan böyük uğursuzluğa düçar oldu. Belə ki, bu təşkilatın ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə Ermənistanın nümayəndəsi olan Yuriy Xaçaturov KTMT-nin Baş katibi vəzifəsindən vaxtından əvvəl azad edildi.

Hikmət Hacıyev: "Ermənistan bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdədir" KTMT-nin prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. General Y.Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanda saxlamağa çalışsa da, buna nail ola bilmədi və Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi. Sammitə ev sahibliyi edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Baş katib məsələsində müəyyən kolliziyanın baş verdiyini dedi və rus dili üzrə əlifba ardıcıllığına görə Ermənistandan sonra növbəti baş katibin Belarusdan olacağını açıqladı. Nəticə etibarilə, Ermənistan üzv olduğu KTMT çərçivəsində də özünü tamamilə təcrid olunmuş vəziyyətə saldı.

KTMT daxilində Ermənistanla bağlı kolliziyanın səbəblərini Son.az-a şərh edən Azərbaycanın xarici işlər naziri, səfir Tofiq Zülfüqarov bildirib ki, bu, Ermənistana verilən bir "siqnal" idi:

"Astanada KTMT-də Baş katibin seçilməsi ilə əlaqədar baş verən hadisə ilk növbədə göstərdi ki, üzv ölkələrin başçıları Ermənistanın inkidi siyasətindən, ümumilikdə mövqeyindən narazı olaraq bu cür addımı atıblar. Bu "siqnal" Ermənistana onu bildirir ki, həm təşkilatdan və ya üzv ölkələrdən istədiyi kimi təhlükəsizlik zənaməti alması, həm də eyni zamanda Qərblə əlaqələri inkişaf etdirməsi mümkün olan şey deyil. Ermənistanın indiki rəhbərliyi istəyir ki, qərbyönümlü siyasət yürütsün, amma onların təhlükəsizliyini, KTMT və ilk növbədə Rusiya təmin eləsin. Hesab edirəm ki, bu strategiya artıq hamıya bəlli oldu və ona qarşı çox addımlar atıla bilər, amma Astanadakı hadisə bəlkə birincisi idi".

Ermənistanın Rusiyadan uzaqlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərəcək - Sabiq nazir Sabiq nazir əmindir ki, Rusiya qərbpərəst siyasət yürüdən Ermənistandan uzaqlaşacaq: "Ümumiyyətlə, KTMT-də və regiondakı bu cür layihələrdə ən önəmli yeri Rusiya tutur. KTMT-də də məhz onun mövqeyi əsasdır. Bu baxımdan hesab edirəm ki, baş verən hadisədən Rusiyanın Ermənistandan narazılığını bildirməsi kimi nəticə çıxarmaq olar. Yəni Rusiya razı olmaz ki, o, Ermənistanın təhlükəsizliyini təmin eləsin, amma əvəzində Ermənistan qərbpərəst siyasəti həyata keçirsin. Bu da indiki vəziyyətdə Ermənistanın ən böyük problemlərindən biridir.

Rusiyanın marağına gəlincə, burada ən geniş yayılan fikir ondan ibarətdir ki, Ermənistan barəsində "qulpsuz çemodan" kimi danışırlar. Yəni bu, heç bir xeyiri olmayan, əksinə öz siyasəti ilə çox ziyan verən və daim kömək istəyən "dost"dur. Bu baxımdan yenə də deyirəm ki, Rusiya Ermənistandan uzaqlaşacaqdır. Amma bu o demək deyil ki, Qərb Ermənistanı dərhal qəbul edəcəkdir. Qərbin də öz şərtləri var. Ona görə də Ermənistan hazırda ciddi seçim qarşısındadır".

Xatırladaq ki, təsis olunandan bəri KTMT-yə Ermənistan qədər zərbə vuran ikinci bir dövlət olmayıb. KTMT-nin Baş katibinə qarşı digər üzv dövlətlərlə məsləhətləşmədən cinayət işinin açılması isə təşkilatın nizamnaməsinə ən böyük hörmətsizlik hesab edilir. Həmçinin, Ermənistan qonşu dövlətlərə münasibətdə yürütdüyü siyasətinə görə, KTMT üçün əlavə yük və problemdən başqa bir şey deyildir.

Qeyd edək ki, Ermənistanın ciddi etirazlarına baxmayaraq, KTMT dövlət başçıları tərəfindən qəbul edilmiş sənədlər sırasında "KTMT yanında müşahidəçi və tərəfdaş dövlətlərin statuslarının hüquqi təsdiqi" haqqında qərar da var. Açıq şəkildə deyilməsə də, bu sənəd məhz Azərbaycana görə hazırlanıb. Yəni Azərbaycanın təşkilatın üzv dövlətləri yanında nüfuzu və əhəmiyyəti o qədər böyükdür ki, KTMT nizamnaməsində dəyişiklik edilərək "müşahidəçi dövlət" statusu təsis edilib.

İlkin İzzət Son.az