Dünyanı Azərbaycan musiqisi ilə gəzən cütlük FOTO


Digərləri 12 Noy 2018 00:45:00 275 0

Dünyanı Azərbaycan musiqisi ilə gəzən cütlük  FOTO

Rizvan Əliyev: "Getdiyimiz torpaqlara özümüzlə bir parça vətən aparırıq" 

Röya Miriyeva: "Gənclərimiz milli dəyərlərimizə uyğun, zəngin koloritə məxsus mahnılar ifa etsələr, insanların seçim şansı olacaq"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyirlər ki, musiqi sərhəd tanımır. Bu gün Azərbaycan musiqisi də sərhədləri aşaraq beynəlxalq arenalarda, böyük səhnələrdə səslənir. Məhz bu səbəbdəndir ki, musiqimiz kifayət qədər tanınır və sevilir. Musiqimizin tanınmasında isə gənclərin rolu danılmazdır. Dünyanı gəzərək Azərbaycan mahnılarını ifa edən nişanlı cütlük də bu baxımdan xüsusi diqqət çəkir. Rizvan Əliyev və Röya Miriyeva cütlüyü "Street cover" layihəsi ilə dünyanın bir çox ölkəsinə səyahət edərək, həmin ölkənin məşhur yerlərində, memarlıq abidələrinin qarşısında Azərbaycan mahnılarını səsləndirirlər. Cütlüyün məqsədi Azərbaycan musiqisini bütün dünyada təbliğ etməkdir. Rizvan Əliyev tar və gitarada ifa edir, Röya Miriyeva isə həm gitara ifa edir, həm də mahnı oxuyur. Onların bu layihəsi sosial şəbəkələrdə də böyük marağa  səbəb olub. Biz də səfərdən yeni dönən cütlüklə görüşdük və təəssüratlarını xəbər aldıq.

- Gəzmək, görmək, istirahət etmək gözəldir. Yəqin ki,  Azərbaycan musiqisini özünüzlə bərabər aparmaq ondan da gözəl duyğudur.

- Rizvan: Əlbəttə. Bu hissin yeri tam başqadır. Biz getdiyimiz torpaqlara özümüzlə bir parça vətən aparırıq. Ayaq basdığımız hər yerdə musiqimizi yaşadırıq.   - Son səfəriniz necə keçdi?

- Röya: Son səfərimizi Şimali Avropada keçirdik. 4 ölkədə - Latviya, Estoniya, İsveç və Finlandiyada olduq. Bu ölkələrin tarixi abidələrini gəzdik. Çox maraqlı və görməli yerlərdir.

- Səfərlərə getmək üçün maliyyəni necə əldə edirsiniz?

- Rizvan: Hələ ki, sponsorumuz yoxdur. Amerikaya konsulluq tərəfindən dəvət almışdıq.

- Röya: Əslində, birinci Avropa səfərimiz konsertlə bağlı Belçikaya oldu. Digər şəhərlərə isə özümüz getdik. Sponsorla bağlı hələ ki, danışıqlar gedir. Təxminən 3 yerdən təklif almışıq, ancaq hələ ki, bu barədə qəti qərar verilməyib.

- Növbəti səfər gözlənilirmi?

- Qışı Bakıda keçirəcəyik, növbəti səfərimiz gələn il olacaq. Biz çoxdandır ki, musiqiçi kimi fəaliyyət göstəririk. Ancaq standartlardan kənar, fərqli bir şey təqdim etməyə çalışırdıq. Bakıda "Street cover" stilində bir video çəkmək istəyirdik. Bir gün dostlarımızla sac yeməyi yeyirdik, söhbət əsnasında dedik ki, niyə də belə bir layihə etməyək.  Hər zaman deyirik ki, bu ideya sacdan yaranıb (gülürük). Amerikada olanda Röya dedi ki, bəlkə bir video çəkək. Kaliforniya ştatında Los-Ancelesdə, San Dieqoda çəkilişlər apardıq.   - Çəkdiyiniz videolarda sizə kim kömək olur?

- Rizvan: Çox zaman manapotla çəkirik. Amerikada ştativlə çəkdik. Avropada ştativlə  çəkiliş etmək mümkün deyil. Çünki İtaliya, Fransa kimi ölkələrdə oğurluq halları çox olur. Əlini versəm, qolunu apararlar. Biz ştativlə çəkiliş edəndə ehtiyat edirik ki, götürüb qaçmasınlar.    - Həm ifa etmək, həm də çəkiliş aparmaq çətin deyil?

- Röya: İkimiz də ifa etdikdə, təbii ki, çətin olur. Ona görə, bizə dostumuz kömək edir. Əslində, ştativ qoyub çəkmək bizim üçün daha  rahatdır.

- Bəs repertuarı necə seçirsiniz?

- Rizvan: Bəlli repertuarımız var. Məkana uyğun olaraq, nə hiss ediriksə, onu ifa edirik.

- Yalnız xalq mahnıları oxuyursunuz. Bəs digər mahnılar?

- Röya: Bu gün  "İnstagram", "Youtube"- bütün sosial şəbəkələr bayağı mahnılarla ayaq tutub yeriyir. Gənclərimiz daha tez tanınmaq üçün belə mahnılara üstünlük verirlər. Sosial şəbəkə izləyiciləri də elə zənn edir ki, Azərbaycan mahnıları yalnız bundan ibarətdir. Biz insanlara xalq və bəstəkar mahnılarımızı göstərmək istəyirik. Əgər biz və bizim kimi gənclərimiz milli dəyərlərimizə uyğun, zəngin koloritə məxsus mahnılar ifa etsələr, insanların seçim şansı olacaq. Bu mahnılar insanların zövqünü korlayır.   - Gənclərimiz inkişafın yolunu Avropa mahnılarını oxumaqda gördüyü halda, siz xalq mahnılarımıza müraciət etdiniz. Demək ki, bəstəkar və xalq mahnıları ilə də məşhurlaşmaq olar. 

- Röya: Əksər gənclər elə hesab edirlər ki, tanınmaq üçün Avropaya getmək və ingilis dilində  mahnı oxumaq lazımdır.

- Rizvan: Bu, çox yanlış düşüncədir.  Azərbaycan musiqisi həqiqətən də, zəngin və maraqlıdır. Təbii ki, bizim repertuarımızda xarici mahnılar da var - fransız, ingilis, italyan. Hər bir azərbaycanlı ifaçı mütləq şəkildə öz mahnılarını yaxşı bilməlidir.   - Gözləyirdiniz ki, "Street cover" layihəniz bu qədər səs-küy yaradar?


Xəbərə aid fotolar