Parisdə Sülh Forumu öz işinə başlayıb


Dünya 11 Noy 2018 23:57:00 222 0

Parisdə Sülh Forumu öz işinə başlayıb

Parisdə Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunan Sülh Forumu öz işinə başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, forum Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçirilir və dünyada gərginliyin artmasına bir cavab rəmzini daşıyır.

Forumda bir sıra dövlət və hökumət başçıları iştirak edir.