Tatlısəsə 600 min dollarlıq dələduzluq


Dünya 11 Noy 2018 23:31:00 296 0

Tatlısəsə 600 min dollarlıq dələduzluq

Məşhur müğənni İbrahim Tatlısəs ona keyfiyyətsiz təyyarə satan "Tarkim" hava yolları şirkətinin rəhbəri İbrahim Fərrux Bayandur haqqında məhkəmə davası açıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, müğənni FETÖ-ya yaxın olduğu deyilən İbrahim Fərrux Bayandurun ona köhnə təyyarə satdığını və bu yolla 600 min dollar zərərə düşdüyünü bildirib.

Tatlısəs qeyd edib ki, pilot tərəfindən aldadılıb və təyyarə almaq qərarını verib. Onun dediyinə görə, pilot əvvəllər İbrahim Fərrux Bayandurun şirkətində işlədiyi üçün onu bu şirkətə istiqamətləndirib.