Bakıda BMWsi ilə yoxa çıxdı


Digərləri 11 Noy 2018 23:21:00 228 0

Bakıda BMWsi ilə yoxa çıxdı

Bakıda polisə müraciət edən qadın oğlunun itkin düşdüyünü bildirib.

Son.az publika.az-a istinadən xəbər verir ki, Dilbər Məhərrəmova (ad şərtidir) Yasamal rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, oğlu Elçin Məhərrmov 5 noyabr tarixində itkin düşüb. Qadının sözlərinə görə, oğlunu sonuncu dəfə noyabrın 5-də saat 16:30 radələrində Mirəli Seyidov küçəsində "ART" hotelin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olduğu "BMW" markalı avtomobili ilə birgə görüblər.

Müraciət əsasında araşdırma aparılır.