Zamirə Hacıyevadan sonra London Ziya Məmmədovun oğlunu sorğusuala tutacaq


Digərləri 11 Noy 2018 23:14:00 292 0

Zamirə Hacıyevadan sonra London Ziya Məmmədovun oğlunu sorğusuala tutacaq

Hər şeydən görünür ki, Britaniya öz paytaxtına bütün dünyadan oliqarxların "zəvvarlığına" son vermək qərarına gəlib. Və istənilən təbəqələrdən olan varlıların qarşısında əsas maneə "İzahedilməz Sərvət Sərəncamı"dır (UWO). Britaniya dövləti ölkədə mülklərə malik olan xarici siyasətçilər və oliqarxlar barəsində məhz ona əsasən cinayət istintaqı başlatmaq hüququ əldə edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu məcburi qəbul edilmiş qərardır, çünki belə getsə, tezliklə Londonda "təmiz ingilis" evləri torpaqları qalmayacaq.

Transparency International UK-un məlumatına görə, Londonda elit evlərin 87%-ni əcnəbilər alıblar və əldə edilmiş mənzillərin 42%-i korrupsiyanın yüksək səviyyədə olduğu ölkələrdən olan alıcılara məxsusdur. Qeyri Hökumət Təşkilatının fəalları hesab edirlər ki, "Londonda 4,2 milyard funt sterlinqlik mülklərin əldə edildiyi vəsaitlərin mənşəyini müəyyən etmək mümkün deyil".

Britaniya ədalət qoruyucularının diqqət mərkəzinə ilk düşən Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin, öz pul səpmək ehtirasını cilovlaya bilməyən xanımı Zamirə Hacıyeva oldu. Britaniya hüquqşünasları onun kapitalına baxaraq maliyyə vasaitini şübhəli hesab ediblər və xanım Hacıyevaya qarşı vəsaitlərin mənimsənməsi ittihamı üzrə iki cinayət işi qaldırıblar.

Demək lazımdır ki, Britaniya ölçüləri üzrə mülk planka, hansıyla ki, belə araşdırmalar mümkündür, tamamilə kiçikdir - vur-tut 50 min funt sterlinq. Özü də bu halda "siyasi əhəmiyyətli şəxslər" (SƏŞ) kimi müxtəlif səviyyəli deputatlar, keçmiş və indiki məmurlar, dövlət müəssisələrinin rəhbərləri, həmçinin onların köməkçiləri və ailə üzvləri tanınırlar. Və qonaqpərvər London belələrinə qucağına sığınmaq üçün müəyyən bir vaxta kimi o qədər cox imkan verib ki... Deyək ki, keçmiş SSRİ-nin sanballı və imkanlı vətəndaşları öz vasitələrini sərmayə şəklində Böyük Britaniyanın aktivlərinə və daşınmaz əmlak bazarına fəal şəkildə hələ keçən əsrin 90-cı illərinin ortalarından qoymağa başlamışdılar. Və bu gün Dumanlı Albiona postsovet məkanından biznesmen və məmurların milyardlarla dollar vəsaiti axıb gedib.

Bəs necə, axı Knight Frank mülkiyət agentliyinin məlumatına görə, Londondakı elit mülk sahiblərinin beşdə bir hissəsi rus dilində danışanlardır.