Meyvələri yeyərkən diqqətli olmaq lazımdır


Digərləri 11 Noy 2018 23:15:00 272 0

Meyvələri yeyərkən diqqətli olmaq lazımdır

Qarpızdan üzümə, ərikdən şaftalıya, əncirdən armuda, böyürtkənə kimi... Yay meyvələrinin tərkibindəki fruktoza qan şəkərində yüksəlmə, tez-tez acmaq, qaz və qarın ağrısı, kökəlmə, insulin artımı və hətta piylənməyədək bir çox şikayətə, xəstəliyə yol aça bilər.

İslaminSesi xəbəbr verir ki, Qidalanma mütəxəssisləri qarpızı nümunə gətirərək bildiriblər ki, bu nəhəng giləmeyvənin yüzdə 95-i sudan ibarət olduğu üçün onu çox yemək bədəndə şəkər yüklənməsinə səbəb olur, həm də kökəldir. Aile.lent.az 10 yay meyvəsinin faydalarını və onları yeyərkən diqqət etməli olduğunuz detalları təqdim edir.

Gilasın qan sulandırıcı təsiri var: A, C, K vitaminləri, potasium, fosfor, kalsium mineralları ilə zəngin olan gilas köpü aradan qaldırmaqla yanaşı, bədəni zəhərli maddələrdən də təmizləyir, böyrək daşı və qum yaranmasının qarşısını alır, menopauza dövründə stressə yaxşı təsir edir. Ancaq gilas qanı durulandırdığından qan sulandırıcı dərman istifadə edənlər diqqətli olmalıdır. 1 pors gilas 15 ədəddirsə, gün ərzində bu miqdarı keçmək olmaz.

Qarpız şəkər qaynağıdır. Yüzdə 95-i su olan qarpız antioksidan təsirlidir. Alzehmirdən (unutqanlıqdan) xərçəngə, infarktdan iflicə qədər bir çox xəstəliyə qarşı faydalıdır. Ancaq qlisemik təsiri yüksək olduğundan qan şəkərini anidən yüksəldə bilər və tez acdırar. Gün ərzində 3 dilimdən çox yemək bədəndə şəkər yüklənməsinə səbəb olur və kökəldir. Şəkər xəstələri qarpızı pendirlə yeyə bilər.

Şaftalının qabığına diqqət edin. Yay aylarında tərlə atılan potasiumun qarşılanmasına yardımçı olmaqla yanaşı, sərinlədici təsiri də olan şaftalı antioksidan özəlliyə malikdir. Ancaq qabığı nazik olduğundan bakteriyaların meyvənin içərisinə yerləşmə riski böyük olduğu üçün dərmanlamağa məruz qala bilər. Sağlamlığa ciddi zərərləri olan həşərat dərmanları isə sinir sisteminə zərər verə, əlilliyə və xərçəngə səbəb ola bilər. Qabığını mütləq soyun, gündə bir ədəd yeyin.

Bir porsu yarım stəkanla eyni ölçülən böyürtkən güclü antioksidan təsirə malikdir. Xərçəng və şiş hüceyrələrinin yaranmasını əngəlləyir, hətta kiçildir. Araşdırmalardan da bəlli olub ki, böyürtkən tənəffüs yolu xəstəliklərinə də faydalıdır. Ancaq böyürtkənin tərkibində olan "salisilat" adlı kimyəvi maddə var. Odur ki, aspirinə qarşı allergiyası olanların böyürtkən yeməməsi məsləhət görülür. Yaxşı yuyulmadığında isə ishala səbəb olur.

Alçanı duza batıranlar, diqqət! Alçanın ürək və böyrək xəstəliklərindən qaraciyərədək bir çox faydası olsa da, tərkibindəki asitli toxuma həzm sistemi həssaslığı olanlar üçün zərərlidir. Diş çürükləri olan uşaqlar da diqqət etməlidir. 10 ədədi bir porsa bərabər olan alçanı çox yeməyin. Alçanı duza batıraraq yeməyi sevənlər də diqqət etməlidir. Duza batırılaraq yeyilən alça yüksək təzyiq riskini artırır.