“Oğru dünyası”nda istifadə olunan sözlərin


Digərləri 11 Noy 2018 23:05:00 384 0

“Oğru dünyası”nda istifadə olunan sözlərin

Həbsxana həyatının bir-birindən maraqlı qanunları var. Lakin bu dəfə biz o qanunlardan deyil, həbsxanada işlədilən sözlərin inanılmaz mənalarından söz açacağıq. Məsələn, xoruz. Biz bu sözü normal qarşılasaq da, cinayət aləminin jarqonunda xoruz ifadəsi o qədər də yaxşı səslənmir. "Petux": rus dilində bu, Xoruz deməkdir. Amma cinayət aləmində, xüsusilə post-sovet məkanındakı həbsxanalarda bu ifadə ən alçaq söz olaraq qəbul olunur.

Son.az publika.az-a istinadən cinayət aləminin tədqiqatçısı "Fima Jiqanes" təxəllüsü ilə tanınan Aleksandr Sidorovun bu haqda fikirlərini təqdim edir:

"Qanuni oğrular" Xoruzu niyə sevmir?

A.Sidorov deyir ki, keçi (kozyol) həbsxanada mənfi qarşılanır, Xoruz isə ümumiyyətlə söyüş mənasındadır: "Keçi ilə bağlı məsələ qismən aydındır: bu üfunətli heyvandır, uzun buynuzları var və dustaqlar arasında həmişə biabırçı bir şeyi ifadə edir. Əvvəllər passiv homoseksualları keçi adlandırardılar. Xüsusilə ötən əsrin 60-70-ci illərində belə idi. Bəs xoruz (rus dilində petux) niyə mənfi qarşılanır? Axı bu quş növü folklorda müsbət obrazdır. Amma artıq uzun müddətdir ki, həbsxanalarda passiv homoseksualları bu quşun adı ilə çağırırlar. Yeri gəlmişkən bu gün həbsxanalarda "xoruz" (petux) sözünün sinonimi var. Bu "pinç"dir. Bu ifadə hələ 1943-cü ildə İqor Mixaylovun "Aska" poemasında işlənir".

Cinayət jarqonuna sözlər necə daxil olur?

A.Sidorovun sözlərinə görə, həbsxana jarqonu müəyyən dəyişikliklərə məruz qalmış unikal söz toplusudur: "Sovet hakimiyyətinin gəlişi ilə həbsxanalar ziyalılar, zabitlər, tacirlər, keşişlər, kəndlilər və bu kimi müxtəlif təbəqənin insanları ilə doldu. Beləliklə, cinayət jarqonuna cəmiyyətin hər təbəqəsinin sözləri daxil oldu. Məsələn, "yüksüz vaqonları itələmək" sözü mənasız, boş danışmaqdır. Bu ifadəni həbsxanaya şaxtaçılar gətirib. "Volına" (tapança) sözü kazaklardan gəlmədir. "Jiqan" sözü "yandırmaq", "yanmaq", yaxud "hiss etməklə" bağlıdır. "Jiqan" sözünü əvvəlcə ocaqçılara, araqçəkənlərə, ümumiyyətlə hisə batmışlara deyirdilər. Daha sonra bu söz qəddar insanlara, fırıldaqçılara, dələduzlara deyildi. Çar Rusiyanın cinayət aləmində jiqanlara çox hörmət edirdilər".

"Adaxlı", "müftə", "talvar"

A.Sidorov deyir ki, bəzən xarici sözlər də cinayət jarqonuna daxil edilib.