Ateistlərin çöküşünə səbəb olan suallar


Digərləri 11 Noy 2018 22:45:00 289 0

Ateistlərin çöküşünə səbəb olan suallar

Bir yaradıcının varlığına necə inanmaq olar?

Bir insan necə ateist ola bilər?  Elə bu sual ətrafında ateistlərin dəlillərlə  tərkilah edildiyi videonu  İslaminSesi sizə təqdim edir.

"Əvvəl heç bir dəlil tapa bilmədim, sonra da düşündüm ki, əgər bir yaradan olsa da əgər o buranı yaradıb və çıxıb gedib. Yaradıb sonra da qoyub gedibsə,  bütün bunların mənə nə dəxli deyərək ateist oldum." - Ateistin fikirləri...

Onlara cavab olaraq:

"Bənzətmələr uzaq görünən həqiqətləri yaxına gətirən durbinlərdir və bunu hər zaman vurğulayırıq. Ağıllı insanlar durbinlərə fikir vermədən işin həqiqət qisminə baxarlar. Bir maşın təsəvvür edin. Bu maşın Qarsa doğru istiqamət götürməlidir. Maşın yola düşür və 5 dəqiqə sonra önünə onlarla  fərqli yol çıxdı. Bu yolların doqquzu yanlış və cəmi biri doğrudur. Qarşısında onlarla seçimə rəğmən bu maşın Qarsa doğru yolu taparaq yetişə bilir. Buradan bir sual doğur: O maşın öz başına və heç bir bələdçisi olmadan o yolu necə tapa bilər?

Gələk ikinci bir elmi dəlilə. Atom. Atomların ağlı, şüuru elmi bir iradəsi yoxdur. Bir dənə atomun qarşısında gedə biləcəyi milyardlarla fərqli yol seçimi varkən, niyə hər dəfə doğru yolu seçə bilir? Milyonlarla yol və milyonlarla seçim varkən atomlar doğru yolu taparaq canlını meydana gətirir. O atomların doğru yolu tapması həmin rəhbərin varlığını bizə sübut edir. Biz o vahid yol göstəriciyə Allah deyirik."