Şifrə çözənlərin qarşısında diz çökdüyü kitab


Digərləri 11 Noy 2018 22:35:00 237 0

Şifrə çözənlərin qarşısında diz çökdüyü kitab

Amerikanın Yel Universitetinin kitabxanasında illərdir həllini gözləyən sirr var. Əlyazma olan bu sirrin müəllifi bəlli deyil. Hansı dildə yazıldığı da hələ açılmayıb. Bu baxımdan məzmunu haqqında yalnız iddialar irəli sürülür. Mənbəyi də bəlli olmayan bu sirrdə nələrin yatması aşkar olmadığı kimi, göy üzünə dair rəsmləri də alimlərin marağını cəlb edir.

Son.az faktxeber.com-a istinadən bildirir ki, sirrlərlə dolu bu kitab keçmişdə bir imperator tərəfindən satın alınıb. Ancaq illərlə kitabxana rəfində qalıb. Yel Universitetinə çatmamışdan əvvəl müxtəlif əllərdə gəzib, minlərlə dollara satılıb. Təxminən 200 səhifədən ibarət olan bu kitab həvəskarlar arasında "Voyniç əlyazmaları" kimi tanınır.

Burada kitabın Günəş sistemimizlə bağlı olduğu güman edilən bir rəsmini görürük. Göstərilən bəzi bürclərin bugünkü alimlərə tanış olmaması kitabın sirrini möhkəmləndirir. Müasir astronomiya tarixçiləri Yel Universitetinin Nadir Kitablar Kolleksiyasında miladdan sonra 408 kodu ilə saxlanan bu əsrarəngiz kitabda göstərilən bürclərin təhrif olunmadığını bildirirlər.

Kriptoqram analizçiləri Romada tapılan 500 illik Voyniç əlyazmalarının iki fərqli dildə və mürəkkəb kodlaşdırma sistemi ilə yazıldığını deyir. Şifrəsi hələ də tapılmayan dəftərdəki astronomiya rəsmləri ilk öncə ağıla fəzanı gətirir. Çünki Habbl teleskopunun təzəlikcə fotosunu çəkdiyi "Burulğan qalaktikası" dəftərdə ətraflı şəkildə təsvir edilib. Həmçinin Voyniçin nəbatat hissəsində təsvir edilən bitkilərin də heç biri dünyada yoxdur.

Bu əl yazması adını onu 1912-ci ildə Roma yaxınlığındakı Mondraqonedəki villada tapan antikvar kitab kolleksiyaçısı Vilfrid M.Voyniçdən götürüb. O, bütün ömrünü bu kitabın araşdırılmasına sərf edib. Heç bir nəticə əldə etmədikdə isə 196-cu ildə "nə zamansa sirrini taparlar" ümidi ilə kitabı Yel Universitetinə bağışlayıb. Araşdırmalar Voyniçin XV əsrdə yazıldığını göstərir. Aparılan bütün sınaqlar, hətta şifrəçiləri motivasiya etmək üçün keçirilən yarışlara baxmayaraq, Voyniçi heç kim tərcümə edə bilməyib. "Tərcümə" deyirik, çünki statistik dil analizlərinə görə, Voyniç, təbii dil xüsusiyyətləri nümayiş etdirir. Analizçilər 19 və ya 28 hərfli (bu məsələdə də əmin deyillər) bir əlifbanın iki fərqli dil və mürəkkəb kodlaşdırma sistemi ilə yazıldığını düşünür. Ancaq istifadə edilən üsulun heç bir Avropa dil hərf sistemi ilə əlaqəsi olmadığı bildirilir.