Nə üçün kişilər yüngül əxlaqlı qadınlara meyl edirlər? –


Digərləri 11 Noy 2018 21:05:00 268 0

Nə üçün kişilər yüngül əxlaqlı qadınlara meyl edirlər? –

Araşdırmalar nəticəsində məlum olub ki, yüngül əxlaqlı qadınlara meyl edən kişilər həqiqətdə bir gecəlik intim xidmət qarşılığında fərqli bir şey umurlar. Mütəxəssislər qeyd edir ki, istədiklərini səhv yerdə axtarsalar da, onların həqiqi axtarış istəyi sevgi və bağlılıqdır. Məsələnin həqiqi tərəfi budur ki, bu kişilər öz cütlərinin axtarışı üçün pul da xərcləməkdən çəkinmirlər.

Son.az gencaile.az-a istinadən bildirir ki, Corc Vaşinqton universitetinin amerikalı müəllifləri Kristin Milord və Ronald Vayser yeni bir araşdırma üzərində çalışıblar. Bu araşdırma internet forumda paylaşılmış 2442 paylaşımın analizindən ibarətdir. Həmin bu paylaşımlarda müştərilərin intim xidmətçi seçimi və onlarla olan təcrübələrindən söz açılır.

Paylaşımların üçdə birində intim xidmət nümayəndələri və onların müştəriləri aralarında olan emosional əlaqədən söhbət açılır. Bu paylaşımlarda bir çoxu münasibətlərin fiziki əlaqələr çərçivəsindən çıxartmaq arzusunda olduqlarını ifadə etmişlər. Onlar bu fiziki münasibəti sevgi və hissi münasibətlərə çevirmək istəyirdilər.

Araşdırma və təhqiqatlar göstərib ki, fahişələrin daimi müştəriləri onlara qarşı dərin bağlılıq bəsləməyə başlayırdılar. Daha sonra bu bağlılıq böyüyür və həqiqi sevgiyə çevrilirdi.