Tovuzda avtomobil qəzası baş verib


Digərləri 11 Noy 2018 21:06:00 196 0

Tovuzda avtomobil qəzası baş verib

Tovuz rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Alakol kəndində qeydə alınıb. İlkin məlumatlara görə, sükan arxasında olan sürücünün anidən halı pisləşib və avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Hələki kimliyi məlum olmayan sürücü xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.