Hədislərə tabe olmağın vacibliyi


Digərləri 11 Noy 2018 20:50:00 272 0

Hədislərə tabe olmağın vacibliyi

Uca Allah Quranda əsas şəriət hökmlərini müxtəsər şəkildə bildirmiş, onların izahını və təfsilatını isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrinə öyrətmişdir. Buna "Sünnə" deyilir. Sünnə hədislərdə qeyd edilmişdir. Məsələn, namazın qılınma şəkli, hansı namazın neçə rükət olması, necə həcc etmək, zəkatı necə vermək, ailə, ticarət və s. məsələlərdəki şəriət hökmləri Quranda yoxdur, bunları hədislərdən öyrənirik. Ona görə də, Sünnə də Quran kimi peyğəmbərə (sallallahu aleyhi və səlləm) Allah tərəfindən endirilmişdir. Uca Allah buyurur: "Sənə də Zikri (Sünnəni) nazil etdik ki, insanlara, onlara nazil olanı (Quranı) izah edəsən və bəlkə onlar fikirləşələr". (ən-Nəhl, 44).

"Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı (Quranı) və Hikməti (Sünnəni) öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər". (əl-Cumuə, 2). Uca Allah bildirir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Quran ayələrinə verdiyi izahat özbaşına yox, vəhy nəticəsində olmuşdur: "O, kefi istəyəni danışmır. Bu, ancaq (Allahdan) nazil olan bir vəhydir". (ən-Nəcm, 4).  

Uca Allah hədislərə tabe olmağı əmr etmişdir

Son.az zikr.az-a istinadən bildirir ki, Uca Allah buyurur: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31). "Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də sizə qadağan edirsə, ondan çəkinin.  Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7). "Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək, öz ixtiyarları ilə ayrı cür hərəkət etmək yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır!" (əl-Əhzəb, 36). Bu və çoxsaylı digər Quran ayələrində Uca Allah ibadətlərimizi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) etdiyi kimi etmək, gündəlik həyatımızda, ailədə, işdə çıxan məsələlərdə Ondan nümunə götürməyi əmr etmişdir. Hədislərə tabe olmasaq, Quranda olmayan məsələlərdə necə davranmağı bilmək (məsələn, hansı namazı neçə rükət qılmaq) mümkün deyil.  

Hədislərin doğruluğuna necə inanaq?