"Heç manatı dəyişməyə ehtiyac yoxdur..."


Digərləri 11 Noy 2018 20:33:00 392 0

"Heç manatı dəyişməyə ehtiyac yoxdur..."

"İrana getmişdim. 1 Azərbaycan manatını 8100 tümənə dəyişdim. Heç ona da ehtiyac yox imiş. İranın Azərbaycan sərhədinə yaxın olan bütün yerlərində manatla mağazalardan mal olmaq olur. ABŞ dolları bahadır. Amma geri qayıdanda gördüm ki,1 manatı 9 min tümənə dəyişirlər. Məzənnə enib-qalxır."

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, İrandan qayıdan Astara rayonunun Ərçivan qəsəbə sakini Faiq Cəfərov əlindəki bağlamaları göstərib sözünə davam edir:

"Bizim camaat da ucuzluğa qaçır "

"Bazarlıq etmişəm.Yeyinti məhsulları almışam.Mən uzun müddət sahibkar olmuşam, satış yerlərim var. Belə başa düşürəm ki,İranlılar üçün bahaçılıqdır, bizim üçün isə ucuzluq. Bizim camaat da ucuzluğa qaçır.İran Astarasının bazarlarında, maqazalarında bizimkilərin əlindən tərpənmək olmur."

"Bal almışam kilosu 2 manat 50 qəpiyə"

Orta yaşlı bir qadın da deyir ki, hər iki həftədən bir İrana bazarlığa gedir:

"Orda mağazlarda bizim pulu qəbul edirlər. Bal almışam kilosu 2 manat 50 qəpiyə ( Azərbaycandan 10 dəfə ucuz-R). Kərə yağının 1 kiloqramını 6 manata almışam. Hərəsindən bir az almışam.Ona görə məni gömrükdə inçitmədilər. Kim yeyinti məhsullarından çox gətirir onu saxlayırdılar. İranda yoxlamırdılar, bizim gömrükdə qadınların da, kişilrin də üst-başını yoxlayırdılar. Deyirdilər ki, camaat çoxlu pul aparır İrana. Ona görə yoxlayırdılar."

"Dedilər ki, hər gün İrana nə üçün gedirsən?"

Özünü Astara şəhər sakini Zabir Ağayev kimi təqdim edən bir şəxs də narazılığını gizlətmir:

"Altı büküm kağız gətirirdim, şəxsi istfadədən ötrü. Bizim gömrükdə əlimdən aldılar, dağıtdılar. Şikayət edəcəyəm. Dedilər ki, hər gün İrana nə üçün gedirsən?"

"...Zarafatla deyirlər ki..."

ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar sərtləşdikcə bu ölkəyə getmək istəyən Azərbaycan vətəndaşlarının da syının artdığı bildirilir.

Buna səbəb kimi İran valyutasının dəyərdən düşməsi göztərilir.