Minlərlə qaraçını necə qırıblar?


Digərləri 11 Noy 2018 20:25:00 241 0

Minlərlə qaraçını necə qırıblar?

"Soyqırımları tarixi" silsiləsindən olan ötən yazımızda ingilislərin və ispanların Amerika qitəsində yaşayan qırmızıdərililərin - hinduların necə qətliam edilməsi və soyqırımına məruz qalması barədə məlumat vermişdik. FaktXəbər olaraq bu yazımızda isə bu gün dünyada sabitlik və demokratik nümunəsi kimi təqdim edilən 2 dövlətin - Norveç və İsveçin törətdiyi soyqırımından bəhs edəcəyik. Qısası, bu gün insan haqlarından ağız dolusu dəm vuran Qərb dövlətlərinin heç birinin tarixi təmiz deyil. Hər birinin qətliam, soyqırımı tarixində imzası var.

AUSÇVİTZ DÜŞƏRGƏSİNDƏ SAXLANILAN 3 MİN ROMAN QAZ OTAQLARINDA QƏTLƏ YETİRİLİB   

Son.az faktxeber.com-a istinadən bildirir ki, İkinci Dünya müharibəsində ən azı yarım milyon qaraçı faşistlər tərəfindən qətlə yetirildi. Ancaq bu həqiqəti çox az adam bilir. Bunun səbəbi uzun illər qaraçıların bu həqiqəti yüksək səslə dilə gətirə bilməməsi və Qərb ölkələrinin soyqırımına qarşı laqeydsizliyi olub. Qaraçılar və ya özlərinə verdikləri adla Romanlar Hindistanın Pəncab-Sind çayı hövzəsi boyunca Pakistan və Əfqanıstanın da daxil olduğu bölgələrdən 1050-ci ildə  dünyaya yayılmış Hind-Avropa mənşəli xalqdır.

Almaniya 1982-ci ildə Romanların Hitlerin hədəfi olduğunu və soyqırımına məruz qaldığını, Birləşmiş Millətlər Təşkilatı isə 1989-cu ildə etnik səbəblərdən qaraçıların soyqırımı edildiklərini qəbul edib.

    

İkinci Dünya müharibəsinin sonlarına doğru SS şefi Henrix Himmler toplama düşərgələrində olan son romanların da məhv edilmələri əmrini verib. 1944-cü ilin 2 avqust gecəsi Ausçvitz düşərgəsində saxlanılan 3 min roman qaz otaqlarında qətlə yetirilib. Buna görə də 2 avqust "Roman gecəsi" adlanır. Polşa bir neçə il əvvəl bu günü faşistlərin qətlə yetirdiyi "Romanları Anma Günü" olaraq elan edib.

Roman təşkilatları Polşadan başqa digər Avropa ölkələrin, o cümlədən Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının da 2 Avqust tarixini anma günü olaraq qəbul edilməsini tələb edir.   

İsveçin keçmiş inteqrasiya naziri, hazırda İordaniya səfiri olan Erik Ullenhaq da faşistlərin romanları toplama düşərgəsinə doldurduğunu, bir qismini qaz otaqlarında qətlə yetirildiyini, bir qisiminin də Dr. Mengel tərəfindən təcrübə heyvanı kimi istifadə edildiyini təsdiqləyib.   

İSVEÇDƏ ROMANLAR ZORLA QISIRLAŞDIRILIB