Erkən oyanan qadınların döş xərçənginə yoluxmaq


Digərləri 11 Noy 2018 20:04:00 270 0

Erkən oyanan qadınların döş xərçənginə yoluxmaq

Bristol Universitetinin alimləri müəyyən ediblər ki, səhər tezdən qalxan və axşam tez yatan qadınların döş xərçənginə yoluxmaq riski, gec qalxan və gec yatanlarla müqayisədə 40-48%aşağıdır.

Tədqiqat aparmaq üçün alimlər 400 mindən çox qadının genetik məlumatını təhlil ediblər.

Onlar yuxuyla bağlı əsas genetik markerləri nəzərdən keçiriblər.

Burada söhbət ilk növbədə xronotipdən (bayquş və ya torağaydan), lazımi miqdarda yuxudan və yuxusuzluq riskindən gedir.

Məlumatların təhlilinin yeni vasitələri alimlərə spirtli içki və tütün kimi zərərli amillərin təsirindən asılı olmayaraq bu markerlərin döş xərçənginin inkişafına təsirini yoxlamaq imkanı verib.

Sınaqların nəticəsi göstərib ki, 100 "qadın bayquş"dan ikisi, 100 "qadın-torağay"dan isə yalnız biri döş xərçəngə yoluxub.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, əlavə yuxu saatları sağlamlığa mənfi təsir göstərə bilər.

Tövsiyə olunan 7-8 saatdan artıq yatmağı sevən qadınlar döş xərçənginin inkişafı ehtimalını 20% artırırlar.

Araşdırmanı aparan Rebecca Richmond-un sözlərinə görə, bu kəşf məhz ona görə vacibdir ki, yuxu insanın müstəqil şəkildə dəyişə biləcəyi vərdişlərdən biridir.