Qəbələdə yüksəklikdən yıxılan 43 yaşlı kişi dünyasını dəyişib


Digərləri 11 Noy 2018 19:46:00 268 0

Qəbələdə yüksəklikdən yıxılan 43 yaşlı kişi dünyasını dəyişib

Qəbələ rayonunun Həmzəli kəndində dağlıq ərazidə olarkən yüksəklikdən yıxıldığı bildirilən 1975-ci il təvəllüdlü Mehralıyev Sadiq Mamed oğlunun meyitinin Həmzəli çayından götürülməsi üzrə tədbirlər başa çatıb. S.Mehralıyevin meyiti aidiyyəti üzrə təhvil verilib.

Son.az Trend-ə istinadən bildirir ki, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan əməliyyata Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.