Tramp Elvis Preslini ölümündən sonra medalla təltif etdi


Digərləri 11 Noy 2018 18:45:00 264 0

Tramp Elvis Preslini ölümündən sonra medalla təltif etdi

ABŞ prezidenti Donald Tramp mərhum müğənni və aktyor Elvis Preslini ölümündən sonra prezidentin "Azadlıq" medalı ilə təltif edəcək.

Son.az report-a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən xəbər verilib.

Ağ Evdən yayılan məlumatda Elvis Preslinin Amerika mədəniyyətini dünyanın bütün pərəstişkarlarına nümayiş etdirdiyi vurğulanır. Qeyd edilir ki, E.Presli ölümündən 40 il sonra da Amerikanın əbədi ikonası olaraq qalır.