Qəbələdə yüksəklikdən yıxılan 43 yaşlı kişi dünyasını dəyişib


Digərləri 11 Noy 2018 17:14:52 190 0

Qəbələdə yüksəklikdən yıxılan 43 yaşlı kişi dünyasını dəyişib

Qəbələdə dağlıq ərazidə yüksəklikdən yıxılan şəxs dünyasını dəyişib.

Bakı. Qəbələdə dağlıq ərazidə yüksəklikdən yıxılan şəxs dünyasını dəyişib. Trend-ə FHN-dən verilən məlumata əsasən, Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Həmzəli kəndində dağlıq ərazidə yüksəklikdən yıxılmış 1975-ci il təvəllüdlü Mehralıyev Sadiq Məmməd oğlunun meyitinin çıxarılması üçün müraciət daxil olub.