Çiyələklərə iynə sancan qadın saxlanıldı


Dünya 11 Noy 2018 16:50:00 285 0

Çiyələklərə iynə sancan qadın saxlanıldı

Avstraliya polisi ölkədə satışa çıxarılan çiyələklərə iynə sancmaqda şübhəli bilinən qadını saxlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bazar ertəsi 50 yaşlı qadına qarşı ittiham irəli sürüləcək. Məhkəmə Brisbendə keçiriləcək.

İynə sancılan çiyələklər Avstraliyanın 6 ştatındakı dükanlarda aşkarlanıb. Bundan əlavə, iynələr həmçinin bananlarda da tapılıb.