ABŞ Türkiyə sərhədində 5 000 terrorçuya hərbi təlim keçdi


Dünya 11 Noy 2018 16:15:00 241 0

ABŞ Türkiyə sərhədində 5 000 terrorçuya hərbi təlim keçdi

ABŞ Suriyanın Haseke bölgəsində 5 000 PKK terrorçusu üçün hərbi təlimlər təşkil edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, təlimlərdən sonra terrorçulara məzun diplomları və ixtisaslarına uyğun silah verilib.

Türkiyə mətbuatı yazır ki, Haseke bölgəsində terrorçulara bomba, ağır silah, zenit qurğuları, tank əleyhinə mexanizmlərdən istifadə, nizami və qeyri-nizami döyüş şəraitində fəaliyyət aparılması qaydaları öyrədilib.