“Ərim dedi ki, öpüşsən, ayaqlarından asaram”


Kriminal 11 Noy 2018 15:55:00 254 0

“Ərim dedi ki, öpüşsən, ayaqlarından asaram”

“Deyirlər ki, Nata da boşandı, uşaq da özünün deyil”

ATV-də yayımlanan "Təhminə və Zaur" serialının Təhminəsi Natavan Gümet "Yeni Müsavat" qəzetinin redaksiyasında qonaq olub.

Son.az aktrisa ilə müsahibəni təqdim edir: 

- Aktrisa olmaq istəyi necə yarandı?

- Mən qabiliyyət imtahanına hazırlaşırdım, rejissor olmaq istəyirdim. İmtahana 15 gün qalmış dedim ki, mən aktrisa olacağam. Ondan sonra universitetə daxil oldum. Aktrisalığı sevsəm də, şəxsi həyatıma görə fasilə verməli oldum. İndi yenidən qayıtmışam. Zamanında fasilə verdiyim üçün peşmanam. Fasilə verməsəydim, indi daha yüksək zirvələrdə idim.

- "Təhminə və Zaur" filmi hər zaman müzakirə edilib. Serial hazırda sevildiyi qədər də tənqid edilir. Təklif gələndə tərəddüd etmədiniz?

- Mənə ilk olaraq başqa obraz təklif edilmişdi. Rejissorla görüşəndən sonra dedi ki, Təhminə Natavan xanım olacaq. Heç tərəddüd etmədən, sevə-sevə qəbul elədim. Açıq-saçıq səhnələr məni qorxutmadı. Düzdür, ailəliyəm, ona görə sərhədlərim var. Ailəli olmasam, sərhəd olmazdı. Artıq inkişaf edirik. İlk olaraq siqaret çəkdiyim səhnə efirə getdi. Məni tənqid edənlər olmadı. Artıq tamaşaçılar da bu cür səhnələri qəbul edir.

- Həyat yoldaşınız Hasan Gömet Türkiyədə həm rejissor, həm aktyordur. Onun Təhminə obrazına çəkilməyinizə reaksiyası necə oldu?

- Həyat yoldaşımla məsləhətləşdim. Onun icazəsi ilə Bakıya gəldim. Onun razılığı olmadan serialda çəkilməzdim. İki il idi ki,  sənətdən uzaqlaşmışdım, artıq depressiyada idim. Yoldaşım da ona görə mənim sənətə qayıtmağımı istədi. Problemlər ancaq darıxdığı üçün olur. Deyir, oğlumuz üçün çox darıxır. Ona görə də tez-tez Türkiyəyə gedib-gəlirik.

- Son günlər serialda işlədilən vulqar sözlər müzakirə olunur...

- Tamaşaçılarımız tənqid və təhqiri səhv salırlar. Qarşındakı vətən xaini olmasa, onu söymək olmaz. Rus və türklərin filmlərində elə söyüşlər istifadə edilir ki, mən onları normal həyatda eşitməmişəm. Bəzən ssenariyə, bəzən qəfildən insan vulqar söz istifadə edir. Bu zaman iş montajçının üzərinə düşür. Efirə getməmiş o hissəyə "Bip" qoyulmalıdır. Qoyulmayıbsa, bu aktyorun günahı deyil. Biz o səhnəni boğazdan yuxarıdan oynamamağa çalışırıq. İstəyirik ki, təbii olsun. Televiziya qanunları var. Ona əməl edilməlidir. Buna görə də iş montajçınını üzərinə düşür.

- "Aşkı-memnu" serialı Türkiyədəki qədər Azərbaycanda da sevildi. Amma o ssenari bizdə çəkilsə, bizim aktrisalarımız tənqid ediləcəkdi. Tamaşaçıların xarici seriallarda gördüklərini bizim ekran işlərində qəbul etməməsi onların səmimiyyətsizliyidir, yoxsa...?

- Azərbaycanda "Aşkı-memnu"ya çəkilsək, bizi asarlar. Bəzən mənə deyirlər ki, aqressivəm. Amma elə deyil. Düzünü deyirəm. Mentalitet deyilən şey üzdə var, heç kimin içində mentalitet yoxdur. Boşanmış qadına pis baxırlar, amma hamının nəslində boşanmış qadın var. Kişi 3 və 4-cü dəfə ailə qura bilər, qadın 2-ci dəfə ərə gedə bilməz. Subay xanım boşanmış, uşaqlı kişiyə ərə gedə bilər. Amma subay oğlan boşanmış və ya uşaqlı qadınla evlənə bilməz. Hələ də qadın, kişi ayrı-seçkiliyi var.

- Filmdə olan açıq-saçıq səhnələr serialda da olacaqmı?

- Açıq-saçıq səhnələr olmayacaq. Bizim Təhminə boşanmış qadındır. Hamının gözlədiyi "Tələsmə, Zaur, tələsmə" səhnəsi olmayacaq. Öpüşmə səhnəsi olacaq. Artıq o səhnə çəkilib.

- Ailənizm o səhnəni necə qarşıladı?

- Həyat yoldaşıma deyəndə ki, öpüşmə səhnəsinə çəkiləcəyəm, dedi ki, gəlib səni ayaqlarından asaram. Türkiyədə normal olsa da, Azərbaycanda tənqid olunacaqsan. Sabah Hollivuddan təklif alsam, həqiqi öpüşmə səhnəsinə çəkilərəm. Yoldaşım da filmə çəkilir, öpüşmə səhnəsini də normal qarşılayıram. Yoldaşım "Üç vakte kadar" filmində oynayanda dedim ki, üzüyünü çıxart. Kinoteatrda baxanda gördüm ki, qızı qucaqlayıb, əlindən tutub.  Birlikdə izləyəndə narahat olurdu. Dedim ki, mən peşəkar insanam, narahat olmağın gərəksizdir.

- Serialda "Spartak" obrazını canlandıran Cavidan Novruzla yola getmirsiniz. Həyatda münasibətləriniz necədir?


Xəbərə aid fotolar