“Ermənistan hakimiyyəti Moskvanı pis vəziyyətdə qoyub”


Dünya 11 Noy 2018 15:49:00 235 0

“Ermənistan hakimiyyəti Moskvanı pis vəziyyətdə qoyub”

KTMT-nin Astanadakı sammitində hərbi birliyə üzv olan ölkələrin bir neçəsi erməni general Yuri Xaçaturovun istefasından sonra növbəti baş katib postunun əlifba sırası ilə Belarus nümayəndəsinə verilməsinə tərfədar olduğunu bəyan edib.

Bu informasiyanı Qazaxıstan prezidenti Nursultan Nazarbayev də təsdiqləyib. Onun sözlərinə görə, Ermənistana ayrılan kvotanın bitməsinə onsuz da cəmi bir qalıb. Bu müddət ərzində isə Ermənistan nümayəndəsi öz səlahiyyətlərini səmərəli şəkildə icra edə bilməyəcək.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Ermənistanın 1-ci informasiya saytı məsələ ilə bağlı ölkənin müdafiə nazirinin müavini Artak Zakaryanın rəyini öyrənib.

A.Zakaryan bununla bağlı prosesin hələ bitmədiyini və dekabrın 6-na qədər davam edəcəyini söyləyib. Ermənistan rəsmisinin fikrincə, yaxşı iş aparıldığı təqdirdə, rəsmi İrəvan 2020-ci ilə qədər KTMT-yə rəhbərliyi qoruya biləcək.