Bakıda soyğunçuluq edən keçmiş məhkum tutuldu


Kriminal 11 Noy 2018 14:19:36 242 0

Bakıda soyğunçuluq edən keçmiş məhkum tutuldu

Paytaxtın Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, rayon ərazisində naməlum şəxs Bakı şəhər sakini Y.Bobrovanın içərisində 500 manat, 450 ABŞ dolları və mobil telefon olan pulqabısını əlindən alıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Qasımlı saxlanılıb.