Moskvada erməni təxribatı: “OMON”la azərbaycanlılar arasında kütləvi dava VİDEO


Dünya 11 Noy 2018 13:29:19 257 0

Moskvada erməni təxribatı: “OMON”la azərbaycanlılar arasında kütləvi dava  VİDEO

Rusiyanın paytaxtı Moskvada keçirilən MMA döyüşü zamanı qarşıdurma yaranıb.

Son.az turkustan.info-ya istinadən xəbər verir ki, buna ermənilərin təxribata əl atması səbəb olub. Belə ki, həmyerlimiz Tural Rəhimovun döyüşü zamanı qarşılaşmanı izləyən ermənilər Qondarma Dağlıq Qarabağ Respublikasının "bayrağı"nı açmaq istəyiblər. Bu zaman məsələyə müdaxilə edən azərbaycanlılar "bayrağı" ermənilərin əlindən alaraq cırıb.

Daha sonra məsələyə müdaxilə edən Rusiyanın Xüsusi Təyinatlı Dəstəsinin üzvləri həmyerlilərimizə hücum edib.  Döyülənlərin və saxlanılanların olduğu bildirilir.

(adsgarden = window.adsgarden || []).push({});