Saatlıda dəhşətli qəza:


Digərləri 11 Noy 2018 10:15:00 279 0

Saatlıda dəhşətli qəza:

Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Son.az report-a istinadən bildirir ki, hadisə Bəylik kəndinin ərazisində qeydə alınıb.

"Opel" markalı avtomobilin aşması nəticəsində 2 nəfər hadisə yerində ölüb. 

Bunlar 1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlu və 1 yaşlı oğlu Rauf Qəmbərovdur.

Hadisə Ş.Qəmbərovun idarə etdiyi "Opel" markalı avtomobilin yol kənarındakı dirəyə çırpılması nəticəsində baş verib.