Almaniyada hərbi qruplaşmanın siyasətçilərə qarşı terror aktlarının üstü açıldı


Dünya 11 Noy 2018 10:24:00 208 0

Almaniyada hərbi qruplaşmanın siyasətçilərə qarşı terror aktlarının üstü açıldı

Almaniyanın Cinayət Polisinin Federal İdarəsi bundesverin, xüsusi təyinatlı dəstənin hərbçiləri tərəfindən və Uniter assosiasiyası elit əsgərləri tərəfindən təşkil edilmiş siyasi qətllər məqsədli sui-qəsdin üstün açıb.

Son.az bildirir ki, bu barədə "Report" "Focus" jurnalına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi qruplaşma siyasətçiləri məhv etməyə hazırlaşırmış. Sui-qəsdçilər öz planlarının həyata keçəcəyi gün hələ müəyyənləşdirilməyib.

Onların qurbanlarının tam siyahısı da hələ məlum deyil. Lakin qruplaşma üzvlərinin hədəfləri arasında Bundestaqda solçu partiyaların fraksiyasının başçısı Ditmar Bartç olub. Jurnalın versiyasına görə, sui-qəsdçilərin qətllərdən sonra nə etməyə hazırlaşdıqları da məlum deyil.