Ərdoğan: "ƏrRiyad Camal Qaşıqçının qatilinin adını bilir"


Dünya 11 Noy 2018 10:10:00 311 0

Ərdoğan: "ƏrRiyad Camal Qaşıqçının qatilinin adını bilir"

Səudiyyəli jurnalist Camal Qaşıqçının qatilləri Səudiyyə Ərəbistanında həbs olunan 18 nəfər arasındadır. Onları hardasa başqa yerdə axtarmağa dəyməz.

Son.az report-a istinadən bildirir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Parisə yola düşməzdən əvvəl keçirdiyi brifinqdə bildirib.

Türkiyə lideri, həmçinin əmin olduğunu bildirib ki, Səudiyyə Ərəbistanının hakimiyyəti Qaşıqçının qatilinin və ya qatillərinin adlarını bilir.

"Cinayətkarlar qətldən bir gün əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gələn 18 nəfər arasındadır. Əminəm ki, bu şəxslərin dindirilməsi həqiqəti üzə çıxaracaq", - prezident vurğulayıb.