Braziliyada torpaq sürüşməsi nəticəsində 10 nəfər həlak oldu


Dünya 11 Noy 2018 09:32:00 258 0

Braziliyada torpaq sürüşməsi nəticəsində 10 nəfər həlak oldu

Braziliyanın Rio-de-Janeyro şəhəri yaxınlığında torpaq sürüşməsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, torpaq sürüşməsi nəticəsində azı 10 nəfər həlak olub, 11 nəfər isə xilas edilib.

Bildirilir ki, torpaq sürüşməsi nəticəsində 9 yaşayış evi və restoran dağılıb. İnsident yerində 70-ə yaxın xilasedici işləyir.