Azərbaycan Xəzər dənizində külək elektrik stansiyası layihəsi ilə bağlı xarici investorlarla danışıqlar aparır


Digərləri 11 Noy 2018 09:14:00 272 0

Azərbaycan Xəzər dənizində külək elektrik stansiyası layihəsi ilə bağlı xarici investorlarla danışıqlar aparır

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nəzdində "Azəralternativenerji" MMC Xəzər dənizində külək elektrik stansiyası layihəsinin maliyyələşdirilməsi ilə bağlı bir sıra xarici investorlarla danışıqlar aparır.

Son.az bildirir ki, bunu Trend-ə MMC-nin sədri Aqşin Bəkirzadə deyib.

A.Bəkirzadə bildirib ki, sənaye tipli stansiya dənizdə yerləşəcək:

"Bu stansiya Pirallahı qəsəbəsindən Çilov adasınadək uzanacaq. Layihə ilə əlaqədar müvafiq texniki-iqtisadi sənədləşdirmə aparılıb. Stansiyanın gücünün 200 meqavatt təşkil etməsi planlaşdırılır. Potensial investorlar ərəb ölkələri, Çin və Kanadanı təmsil edir".