On qaşıq bal, üç diş sarımsaq… İnsanları qışdan çıxaran


Digərləri 10 Noy 2018 23:51:00 347 0

On qaşıq bal, üç diş sarımsaq…  İnsanları qışdan çıxaran

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür.

Son.az teleqraf.com-a istinadən həmin qidaları təqdim edir:

İspanaq antioksidan baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə itkisindən qoruyar. Faydalanmaq üçün onu bişirmək yerinə çiy də yeyə bilərsiniz. Xüsusilə nar və zeytun yağı ilə hazırlanan salatlar sizə qalxan olacaq. Qışda bol-bol yeməyi unutmayın.

Soğan ciddi bəlğəm sökücüdür. Nəfəs yollarını təmizləyir. Təbii antibiotik qaynağı olan soğan təkcə qripin çarəsi deyil, eyni zamanda bağırsaq xərçənginin müalicəsinə də kömək edir.

Soğanın suyu isə daha faydalıdır.

Zərdəçal, yəni sarıkök təbii antiseptik qaynağıdır. İllər öncə ondan müxtəlif xəsətəliklərin müalicəsi zamanı istifadə olunub. Sarıkök yaraların tez sağalmasına da kömək edir. Eyni zamanda yeməklərinizə ədviyyat olaraq əlavə edə və ya bir stəkan ilıq südün içinə qarışdıra bilərsiniz. Soyuqdəymə ilə yanaşı üz ləkələrinə də qarşı qoruyucudur. Bunun üçün zərdaçallı maskalar hazırlayıb istifadə edə bilərsiniz.


Xəbərə aid fotolar