Rütubət qoxusundan qurtulmağın yolları –


Digərləri 10 Noy 2018 23:52:00 328 0

Rütubət qoxusundan qurtulmağın yolları –

Rütubət qoxusu hər evdə hiss oluna bilər. Bu qoxu nəmdən yaranır və əşyalarımıza, paltarlarımıza çökür. Qış fəslində rütubət qoxusu artır. Sağlamlığınıza ziyan verən rütubətdən və onun qoxusundan neçə qurtulmaq olar?

Son.az teleqraf.com-a istinadən bir neçə tövsiyəni təqdim edir.

Mənzilin havası müntəzəm dəyişməlidir. Təkcə yayda yox, qışda da pəncərələri açıq saxlamaq yaxşı olar.

Bir xörək qaşığı qəhvəni bir xörək qaşığı xardalla qarışdırın və rütubət olan divara sürtün. Əgər xardaldan istifadə etmək istəmirsinizsə, təkcə qəhvə ilə kifayətlənmək mümkündür. Bu halda qoxunun çəkildiyini görəcəksiniz.

Rütubətli otaqda gül saxlamayın, çünki dibçək gülləri evdəki nəmin miqdarını artırır, bu da qoxu yaradır.