Sevgiliniz sizin üçün darıxsın deyə... – Qadınların nəzərinə!


Digərləri 10 Noy 2018 23:55:00 244 0

Sevgiliniz sizin üçün darıxsın deyə... – Qadınların nəzərinə!

Sizin üçün darıxsın deyə, necə davranacağınızı bilmirsiniz, öyrənməsi çətin də olsa, bu cür hiylələri hər biriniz bilməlisiniz. Yoxsa kişilərlə baş etmək o qədər də asan iş deyil!

Əksərən nə edəcəkləri bəlli olmayan kişilərə özünüzü özlətmək üçün bir neçə kiçik hiylələrə ehtiyacınız var.

Məqsədiniz sevgilinizin sizin üçün darıxması, hər dəqiqə sizinlə birlikdə olmaq istəməsidirsə, narahat olmayın! Bu yollarla istəyinizə nail olacaqsınız.

Dostlarınızla vaxt keçirin. Kişiləri dəli etmənin bir yolu da sizi idarə edə bilməmələridir Hətta o, yanınızda yoxkən belə, əyləncəli vaxt keçirməniz onu dəli edəcək. Sevgilinizdən bir az da artıq diqqət görmək istəyirsinizsə, qızlarla görüşüb əylənin.

Çiçək və şirniyyat. Onun iş yerinə çiçək, ya da şirniyyat qutusu göndərin. Beləcə, onu hər zaman düşündüyünüzü biləcək və xoşbəxt olacaq. Bəlkə siz də ofisdə kiçik sürprizlə qarşılaşa bilərsiniz.

Kiçik notlar. Günorta yeməyinin qutusuna, pulqabına, ya da cibinə kiçik duyğusal notlar yazıb qoyun. Bu cür romantik şeylərin həmişə biz qadınlara qarşı edilməsini istəyirik, amma onlar üçün etmirik. Sadəcə "səni sevirəm" yazmanız belə, kifayət edir.

Kiçik sürprizlər edin. Sevgilinizə kiçik şam yeməyi hazırlaya, ya da getmək istədiyi konsertə bilet ala bilərsiniz. Önəmli olan onun zövqlərinə xitab edəcək və həyəcanlandıracaq bir şeylər olsun.