Şahzadənin qorxunc “Bəbir qvardiyası”… –


Dünya 10 Noy 2018 23:59:00 253 0

Şahzadənin qorxunc “Bəbir qvardiyası”… –

BBC-nin yayımladığı sənədli filmdə Səudiyyə Ərəbistanı taxtının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın təlimatı əsasında həyata keçirilmiş cinayətlərdən bəhs edilib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, filmdə jurnalist Camal Qaşıqçı və Əli əl-Qaytani cinayətləri ilə yanaşı, həbs edilmiş şahzadələr Mütab bin Abdullah və Vəlid bin Təlala işgəncə verilməsi barədə iddialar yer alıb.

"Vəliəhd şahzadə lupa altında" adlı sənədli filmdə vəkil Mahmud Rüfət bin Salmanın "qara qutusu" adlandırılan polkovnik Əli əl-Qaytaninin şahzadənin təlimatı ilə "Ritz Çarlton" mehmanxanasında öldürüldüyünü iddia edir. O, sözügedən mehmanxanada bir çox iş adamı, şahzadə və nüfuzlu şəxslərə işgəncə verildiyini bildirib.