Bunu etməklə kişiləri başdan çıxara bilərsiniz


Digərləri 10 Noy 2018 23:40:00 252 0

Bunu etməklə kişiləri başdan çıxara bilərsiniz

Kişiləri qoxunuz, gülüşünüz, ya da saç rənginizlə cəlb edə bilərsiniz. Necə?

Geyim tərziniz

Yanlarında şıq qadın görmək istəyən kişilərin geyimdəki lazımsız detal və çox şit geyimlərdən xoşları gəlməz. Eyni zamanda uyğun olmayan yerlərdə lazımsız dekoltelərdən də xoşlanmazlar. Daha rahat və daha şıq geyinən qadınlar gün ərzində daha çox diqqətlərini çəkər. Rahat və şıq bir ayaqqabı hündürdaban seksual ayaqqabıdan daha şıq görünə bilər. Buna görə daha rahat bir geyimlə şıq olmağa çalışın.

Saç rənginiz

Hər zaman təbiiliyin, sadəliyin tərəfdarı olan kişilər "qadınlar saçlarını dəri rənginə uyğun rəngləməlidirlər", - deyirlər. Sarışın olmayan qadınların saçlarını sarı rəngə boyaması estetik görünüş baxımından xoşagələn deyil. Eyni zamanda şit və diqqətçəkən rənglər xoşlarına gəlmir. Təbii sarışınlarda açıq rəng, qara, qəhvəyi saç rəngləri onlar üçün daha estetikdir.

Qoxunuz

Qadınların qoxusu kişilər üçün önəmli bir ünsürdür. Kişilər adətən gözəl qadın ətrinin təsirinə girirlər. Kişilər ətir qoxusu ilə yanaşı dalğalanan saçlardan şampun, bədəndən duş geli qoxusunu almağı da xoşlayırlar. Bu qoxular kişilərə təsir edən əsas amillərdəndir. 

Gülüşünüz

Gülümsəmə bir qadında seksual görünən ilk şeydir. Xoş qəhqəhələr atan, şahanə bir gülümsəməsi olan qadınlar kişilərə fərqli gəlir. 

Səsiniz

Bir az boğuq, bir az cazibəli, havalı, ya da sirli. Şirin və qadına xas səs tonu ilə danışan xanım hər zaman cazibədardır.