Qadınlar ondan daha çox istifadə etsin


Digərləri 10 Noy 2018 23:50:00 199 0

Qadınlar ondan daha çox istifadə etsin

Alma sirkəsinin çoxlarına bəlli olmayan faydalarından danışacağıq.

1. Arıqlamağa kömək edir. Alma sirkəsində olan asetik turşusu aclıq hissini və su itkisini azaldır. Alma sirkəsi eyni zamanda yağ yandırılmasına da kömək edir. Salatlarınıza iki qaşıq əlavə edə bilərsiniz.

2. Sellüliti azaldır. Bir qaşıq alma sirkəsinə iki qaşıq yağ əlavə edərək, sellülit olan bölgəni masaj edin.

3. Qan şəkərini nizamlayır. Alma sirkəsi şəkərin qan dövranına qarışmasını yavaşladaraq qan şəkərini nizamlayır, qlükoza səviyyəsini aşağı salır. Yatmazdan əvvəl iki qaşıq qəbul etməyiniz kifayət edər.

4. Ürəyə yaxşı təsir edir. Alma sirkəsindəki asetik turşusu eyni zamanda qan təzyiqi və zərərli xolesterolu (LDL) azaldır, xeyirli xolesterolu artırır (HDL). Yeməklərinizi alma sirkəsi ilə çeşitləndirərək, daha sağlam ürəyə sahib olun.

5. Oksidi aradan qaldırıcı təsirə malikdir. Toxuma və hüceyrələrinizə zərər verən molekullarla mübarizə aparır. Bir çox meyvə və tərəvəz kimi, alma sirkəsi də antioksidan qaynağıdır.

6. Yaşlanmağa qarşı təsiri var. Antioksidan xüsusiyyəti eyni zamanda bədəndəki asit tarazlığını təmin edərək yaşlanmağı yavaşladır. Bir sprey qabına alma sirkəsi tökün, üzərinə bir az su əlavə edərək, üz təmizləyici tonik kimi istifadə edə bilərsiniz.

7. Məsamələri və ləkələri müalicə edir. Alma sirkəsini pambığın köməyi ilə ləkələrinizin üstünə sürtdükdə ləkələr quruyur. Bu isə ləkələrin yox olmasını sürətləndirir.