Hollivud ulduzlarının seçimi: yanaq estetikası nədir?


Digərləri 10 Noy 2018 22:40:00 348 0

Hollivud ulduzlarının seçimi: yanaq estetikası nədir?

Türkiyəli plastik-estetik cərrah Ufuk Askeroğlu Ancelina Coli, Megan Foks və Cennifer Aniston kimi Hollivud ulduzlarının üstünlük verdiyi yanaq estetikası haqqında danışıb.

Bildiyimiz kimi, üz quruluşu gözəllik və cazibədarlığın vacib kriteriyalarından biridir. Bu səbəbdən qızıl orta dediyimiz çənə, yanaq və üzdəki digər bölgələrin məlum bir nisbətdə olduğu üz forması populyardır. Qızıl ortadakı ən vacib kriteriyalardan biri də çənə və yanaqların üçbucaq meydana gətirməsidir. Bu halda üz daha gənc, daha cazibədar və estetik baxımdan gözəl görünür.

Yanaqlardakı qalınlıq normal yolla incəlmir

Ümumiyyətlə, uşaqlıq dövründə yaranan yumru və dolğun yanaq görünüşünün ən çox rast gəlinən səbəbi yanaq içi yağlanmadır. İnsan nə qədər arıq və zəif olsa da, yanaq bölgəsi öz bədənindən bir neçə dəfə daha böyük görünə bilər. Bu cür insanlar xüsusən fotoşəkillərində daha da yumru və toppuş görünən bu yanaq quruluşundan narahat olurlar və özlərini olduqlarından daha kilolu göstərdiyi üçün psixoloji mənada təsirlənirlər. Yanaq estetikasında ilk hədəf üzü olduğundan daha toppuş göstərən bu yağ toxumasıdır. İngiliscə qarşılığı "Bichat", yəni yağ yastıqcası adlandırılan bu yağ toxuması artıqlaması ilə yanaqları xaricə doğru toppuş və yuvarlaq halda çıxarır. Yuvarlaq və toppuş yanaq görünüşü xarici yağ təbəqəsinin qalınlaşması nəticəsində də yarana bilər. Bu qalınlaşma əsasən genetik xüsusiyyətlə bağlıdır. İnsan arıqlasa da, bədəni incəlsə də, yanaqları normal yollarla incəlmir.

Yanaq estetikası nədir?

Yanaq estetikası və ya həkimlərin təbirincə desək, "Hollivud yanağı" üz konturunun bucaqlı və yanaqdakı yağ yastıqlarının çox olduğu üzlərdə edilən üz gəncləşdirən prosedurdur. ABŞ-da, xüsusilə Hollivud ulduzlarının bir çoxunun etdirdiyi bu əməliyyatla estetik baxımdan uğurlu nəticələr əldə edilir.