İnsan bədəninin ən çirkli nahiyələri –


Digərləri 10 Noy 2018 22:25:00 332 0

İnsan bədəninin ən çirkli nahiyələri –

Əgər insan bədənində daxildən və xaricdən kök salmış mikroorqanizmləri xaric etsələr, o zaman insanın çəkisi azı 3-4 kq azalar. Bakteriya və mikroorqanizmlər insan bədənində harda istidir, rahatdır, orda yerini rahatlayır.

Amma bəzi yerlər var ki, orda quruluşuna, əlverişliyinə görə daha çox sayda bakteriya toplanır, bunun da sayəsində həmin nahiyə daha çirkli, daha pis qoxulu olur. Bakteriyaların elə növləri var ki, heç də göründüyü kimi zərərsiz deyil.

Son.az medicina.az-a istinadən insan bədənində təpədən dırnağa kimi ən kirli yerlərin xəritəsini təqdim edir. Bu heç də təkcə  intim nahiyələr və qolaltı deyil.

Baş və bədəndə tüklərin altı

Dərinin tüklə ( istər az, istər çox) tüklə örtülmüş hissəsində bakteriya daha çox olur, nəinki təmiz dəridə. Mikroorqanizmlər dəri piyi, tər olan yerdə çox yaşayır. Saç və tüklərə ətrafdan toz və çirk qonur. Hər gün də saçları yumaq mümkün deyil.

Kişilərdə tüklü dəri hissə daha çox olduğundan onlarda bakteriya daha çox nahiyıdı məskunlaşır. Təmiz qoxu gəlməsi üçün gərək baş, bığ-saqqal, sinə, qol və ayaqlar hər gün təmiz yuyulsun.

Qoltuqaltı və qasıq nahiyəsi

Bu hissələr mikroorqanizmlərin kef etdiyi, çoxaldığı doğma yerlərdir. Ona görə ordan daha kəskin tər qoxusu gəlir. Əslində özlüyündə qasıq və qoltuq qoxulu nahiyə deyil. Yəni vəzilərdən ifraz olunan tər pis qoxu vermir. Tərə pis qoxu qatan bakteriyalardır. Həmin nahiyələrdə artıq tüklərin tez-tez təmizlənməsi də problemi azaltmır.

Anus

Məlumdur ki, bu nahiyə orqanizmin kanalizasiyası olduğu üçün ən çirkli hissədir. Həmçinin burda apokrin tər vəziləri yerləşdiyi üçün tər qoxusu gəlir. Patogen zonada bakteriyalar olduqca tez çoxalır.

Dəri qatları

Daha çox artıq çəkili insanlarda qarın, bel, bud, qollarda belə qatlar olduğundan bakteriya, göbələk artımları çox olur. Onlar gərək hər gün bu qatları su ilə təmizləsin. Həmçinin böyük süd vəzilərinin altı dermatit, göbələk xəstəlikləri üçün əlverişlidir.

Ağız boşluğu - Bakteriyaların cənnəti

Ağızdan qida və içki daxil olduğu üçün orda ən müxtəlif bakteriya növlərinə rast gəlinir. Əslində insanlar elə bilir ki, ağız boşluğu ən təmiz nahiyədir, hətta bir -birini də öpürlər.  Hətta dişlərin təmizlənməsi də bu problemi aradan qaldırmır. Ağızdakı bakteriyaları öldürən yeganə vasitə ağız suyu vəzlərinin ifraz etdiyi sudur.