Bir həftədə 5 kilo arıqlamaq olar?


Digərləri 10 Noy 2018 22:20:00 55 0

Bir həftədə 5 kilo arıqlamaq olar?

Kimisi artıq çəkidən xilas olmaq dərdindədir, kimisi isə bu vəziyyəti fürsət bilib heç bir elmə əsaslanmayan üsullarla insanların sağlamlığı ilə oynayırlar. Doğrudanmı 1 həftədə 5 kilo arıqlamaq olar? Türkiyəli dietoloq Turqay Kösə bu suala qəti olaraq "Xeyr!" cavabını verib. Niyəsini isə belə izah edir: "Hər gün KİV və müxtəlif sosial şəbəkələrdə möcüzə pəhrizlərlə qarşılaşırıq. Yaxşı, bu qədər çox pəhriz siyahısı varkən niyə insanların artıq çəki problemi hələ də var? Çünki bu pəhrizlər ilk vaxtlarda sürətli çəki itkisinə səbəb olsa da, qısa müddətdən sonra bu kilolar artıqlaması ilə geri qayıdır. Bu cür pəhrizlər sağlamlığa zərər verir, maddələr mübadiləsini pozur, eyni zamanda ömrü qısaldır. Onsuz da həyat tərzinə uyğun olmayan heç bir şey uğurlu olmur. Bu cür pəhrizlərdə əslində ağırlıq itkisi bədəndəki yağ kütləsinin azalmasına səbəb olur. Çəki itkisinin sürətlə baş verməsi əvvəlcə su, sonra əzələ kütləsinin azalması ilə əlaqədardır. Əzələ və su kütləsinin itkisi isə sağlamlıq baxımından risklidir".

Pəhriz fərdi olmalıdır

Həkim bildirir ki, pəhriz mütləq fərdi xarakter daşımalıdır. Çünki hər kəsin maddələr mübadiləsi bir-birindən fərqlidir, eynilə barmaq izi kimi: "Multifaktorial bir xəstəlik olan köklüyün müalicəsinə fərdi yanaşmaq lazımdır. Terapiya mütəxəssisi və ya endokrinoloq, dietoloq, fizioterapevt və psixoloqlaə qrup halında müalicə daha uğurlu nəticə verə bilər. Müasir zamanda bir çox xroniki xəstəliyin təməl səbəbi olan artıq çəkinin müalicəsində dietoloq ən səlahiyyətli şəxsdir. Həkim xəstəni müayinə edir, diaqnoz qoyur, dietoloq adamın xüsusiyyətlərinə uyğun olaraq qidalanma modeli təyin edərək arzuedilən çəkiyə düşməsini təmin edir".

Arıqlama proqramları insanın fərdi xüsusiyyətləri - yaş, cinsiyyət, boy uzunluğu, bədən çəkisi, fiziki fəaliyyət səviyyəsi, qidalanma vərdişləri və s. ilə bağlıdır. Xüsusiyyətlərinə görə fərdin yeni qidalanma proqramını onun həyat tərzi halına gətirməsini təmin etmək lazımdır: "Unutmaq olmaz ki, ayda 6 kilo və daha çox arıqlamaq metabolik olaraq başqa sağlamlıq problemlərinə zəmin yaradır. İlk növbədə səbrli olmaq şərtdir. İnsan illərlə yığdığı çəkini bir neçə həftədə verməyə çalışmamalıdır. Bunun uğrunda ac qarına qreypfrut və ya limon suyu içmək, balqabaq tumu yemək, müxtəlif yosun həbləri, arıqladan çaylara ümid etməyin heç bir elmi əsası yoxdur. Əksinə, faydadan çox zərərləri var. Enerji tərkibi aşağı olan pəhrizlər və həzm sisteminə edilən cərrahi müdaxilələr qida elementi çatışmazlıqları, zülal itkisi nəticəsində böyrək və ürək problemləri, ürək çatmazlığına, hətta ölümə gətirib çıxarır".

Marseldə binanın eyvanı uçub, xəsarət alanlar var like
  • 10 Noy 22:15  
Digərləri Marseldə binanın eyvanı uçub, xəsarət alanlar var

Fransanın Marsel şəhərində binanın eyvanı uçub

arrow Ətraflı
Uşaqlar niyə sinir krizi keçirir? like
  • 10 Noy 22:15  
Digərləri Uşaqlar niyə sinir krizi keçirir?

Küçədə, bazarda, parkda, evdə uşaqların özlərini ora-bura çırparaq a

arrow Ətraflı
Fransa prezidentini bıçaqla vuracaqlarmış like
  • 10 Noy 22:12  
Dünya Fransa prezidentini bıçaqla vuracaqlarmış

Fransanın prezidenti Emmanuel Makrona sui-qəsd Birinci Dünya Müharibəsinin

arrow Ətraflı
Uşaq pulu bərpa olunacaqmı? – like
  • 10 Noy 22:11  
Digərləri Uşaq pulu bərpa olunacaqmı? –

"Uşaqların qida, ləvazimat və geyimlərinin baha olması ilə əlaqədar ola

arrow Ətraflı
Cinsi istəksizlik yaşayan qadınlar, like
  • 10 Noy 22:10  
Digərləri Cinsi istəksizlik yaşayan qadınlar,

Qadınlarda cinsi istəksizlik partnyoruna qarşı fantaziya və cinsi istəyin

arrow Ətraflı
Lotoda 14 dəfə cekpot udan şəxs like
  • 10 Noy 22:09  
Digərləri Lotoda 14 dəfə cekpot udan şəxs

Riyaziyyatçı Stefan Mandel, indiyə qədər müxtəlif ölkələrdə lotereyad

arrow Ətraflı
Obama: “Onu bağışlamayacağam!” like
  • 10 Noy 22:08  
Dünya Obama: “Onu bağışlamayacağam!”

“Tramp belə düşüncəsiz addımları ilə ailəmi təhlükəyə atdı”

arrow Ətraflı
Parazit qurdlarının törətdiyi infeksiya like
  • 10 Noy 22:07  
Digərləri Parazit qurdlarının törətdiyi infeksiya

İnsan orqanizminə daxil olduqdan sonra immun sisteminə mənfi təsir göstər

arrow Ətraflı
Başın ağrıyır, iştahan yoxdur, gərginsən like
  • 10 Noy 22:07  
Digərləri Başın ağrıyır, iştahan yoxdur, gərginsən

Son vaxtlar cəmiyyətdə qəribə tendensiya yaranıb. Bir qədər əsəbi olan

arrow Ətraflı
Ziyillərə qarşı 5 təbii resept like
  • 10 Noy 22:05  
Digərləri Ziyillərə qarşı 5 təbii resept

Bəzi xalq təbabəti vasitələri ilə də ziyillərdən xilas olmaq mümkünd

arrow Ətraflı
Dənizçi olmaq asan deyil  FOTO like
  • 10 Noy 22:01  
Digərləri Dənizçi olmaq asan deyil FOTO

Dənizçilik çətin, təhlükəli peşədir. Əsrlər boyu "dəniz imperiy

arrow Ətraflı
Gözəl və gənc qalmaq üçün ən ucuz vasitə: qatıq like
  • 10 Noy 21:55  
Digərləri Gözəl və gənc qalmaq üçün ən ucuz vasitə: qatıq

Dərinizə daim sürtəcəyiniz qatıq maskaları ilə yaşlanmanı gecikdirə,

arrow Ətraflı
Avropanın ən yaxşı filmi adına namizədlər açıqlandı like
  • 10 Noy 21:54  
Digərləri Avropanın ən yaxşı filmi adına namizədlər açıqlandı

Avropanın Kino Akademiyası qitənin 2018-ci il üçün ən yaxşı filmi adı

arrow Ətraflı
Uşağın qarnı ağrıyırsa, bu xəstəliyə tutula bilər like
  • 10 Noy 21:50  
Digərləri Uşağın qarnı ağrıyırsa, bu xəstəliyə tutula bilər

Pediatr Günay Rəsulovanın uşaqlarda həzm sistemi xəstəliklərinə aid yaz

arrow Ətraflı
Uşaq oyuncağın parçasını udarsa, nə etməli? – like
  • 10 Noy 21:45  
Digərləri Uşaq oyuncağın parçasını udarsa, nə etməli? –

Uşaq və körpə ölümlərinin ən böyük səbəblərindən biri də evdə ba

arrow Ətraflı